Упаковка: 1 l və 100 ml
Источник: Türkiyə
Активный ингредиент: ÜZVI SILIKON ADJUVANT
Birlikdə istifadə olunan dərmanların və yarpaq gübrələrinin tamamilə yarpaq üzərinə yayılmasını və qalmasını təmin edir. Beləliklə, yarpaq səthində çatmayan yer qalmadığı üçün daha yaxşı nəticə əldə olur. Yağış, şeh və buna bənzər təbii hadisələrdən yaranan yuyulma minimuma endirilir. Su ilə arzu olunan nisbətdə asanlıqla, homojen şəkildə dərhal həll olunur. Həll olunmadan birbaşa sulama suyuna əlavə edilə bilər. Ləvazimatların püskürtülmə qabiliyyətini yaxşılaşdırır, isladıcılığı artırır. Püskürtülən mayenin daha sürətli və daha geniş sahəyə yayılmasını təmin edir. Mayenin bitki və yarpaq səthinə dərinləşməsinə imkan tanıyır. Mayenin daha yaxşı əmilməsinə dəstək olur. Səthə çox yaxşı yapışma təmin edir. Yuyulmaya qarşı dayanıqlığı təmin edir, bu sayədə dərman/gübrə istifadəsini azaldır.