ELYTRA NPK 15-30-15+TE

  • Упаковка: 1 kg və 25 kg

  • Источник: Türkiyə

  • Активный ингредиент: Azot: N %15 Fosfor: P %30 Potasyum: K %15

Количество

Поделиться :

Facebook Instagram Whatsapp

İstifadə üçün göstəriş:

NPK gübrələri ilə bitkilərin azot, fosfor və kalium tələbatı ödənilir.

Azot: Bitkilərdə yarpaq və gövdənin əmələ gəlməsinə yardım edir. Bitkidə əhəmiyyətli fizioloji funksiyalara, məhsulun miqdarına və keyfiyyətinə təsir edir. Bitkilərdə zülalın əsas maddəsi olan, günəş enerjisini bitki üçün yararlı enerji halına çevirən xlorofil maddəsinin təməlidir. Bitkilərin inkişaf dövründə azota çox ehtiyacı vardır.

Fosfor: Xüsusilə çiçəkləmə, kökün inkişafı, yeni hüceyrələrin əmələ gəlməsi, toxumaların böyüməsi və bitkidə bəzi üzvi birləşmələrin, həmçinin toxum və meyvələrin əmələ gəlməsində mühüm rol oynayır. Bitki metabolizmində enerjinin ötürülməsində iştirak edir, şəkər və nişasta kimi maddələrin əmələ gəlməsinə təsir göstərir.

Kalium: Məhsulun keyfiyyətini artırır, meyvənin dad, aroma və rəng baxımından inkişafına töhfələr verir. Kaliumun ən mühüm funksiyalarından biri bitkilərin su balansını tənzimləməsidir. Bu səbəbdən kalium çatışmazlığı bitkilərin quraqlığa qarşı müqavimətinin azalmasına səbəb olur. Kökün inkişafını təşviq edir, xəstəlik və quraqlığa qarşı dayanıqlığını artırır.

Istifadə edildiyi bitkilər və tətbiq dozası:

Ümumiyyətlə, yarpaqdan tətbiq edildikdə 100 litr suya 200-400 qr; damcı suvarma üsulu ilə bitkinin hər inkişaf mərhələsində isə 0,5-1,5 kq/sot/gün dozasında 3-4 dəfə tətbiq edilməsi tövsiyə edilir.