Jurnalistlər üçün Lənkərana mediatur təşkil olunub
  • 31
  • Tuesday, July 7, 2026

Jurnalistlər üçün Lənkərana mediatur təşkil olunub

Milli Mətbuat Günü münasibətilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən 2–3 iyul tarixlərində media nümayəndələri üçün mediatur təşkil olunub.

Səfərin məqsədi bölgələrdə fəaliyyət göstərən fermerlərin fəaliyyəti, aqrar sahədə tətbiq olunan innovativ yanaşmalar, dövlət dəstəyi ilə həyata keçirilən layihələr və yerli istehsal barədə ictimaiyyətin məlumatlandırılması olub.

Mediatur çərçivəsində iştirakçılar Lənkəran rayonunda “Şəhərdən Kəndə” layihəsi çərçivəsində dəstək göstərilən “Arıçılıq Muzeyi”, “Leynə Co” və “Citrus Valley” təsərrüfatlarını ziyarət edərək görülən işlərlə tanış olub, fermerlərlə görüşüblər.

İki gün davam edən səfər zamanı media nümayəndələri regionun aqrar potensialı ilə yaxından tanış olaraq, yerli təsərrüfatlar, onların istehsal imkanları və inkişaf perspektivləri barədə ətraflı məlumat əldə ediblər.

Mediatur kənd təsərrüfatı sahəsində görülən işlərin mediada daha geniş işıqlandırılmasına, kəndlə şəhər arasında informasiya körpüsünün möhkəmləndirilməsinə və medianın aqrar sahənin inkişafındakı rolunun gücləndirilməsinə xidmət edir.

Mənbə: AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ