Thiofil

  • Qablaşdırma: 1 kg

  • Mənşə: Çin

  • Aktiv maddə: Thiophanate methyl 70%

  • Tərkib növü: WP

Miqdar

İstifadə üçün göstəriş:

 

BİTKİLƏR

 

ZƏRƏRVERİCİNİN ADI

İSTİFADƏ NORMASI    kq, lt/ha

KİMYƏVİ MÜBARİZƏNİN İSTİFADƏ VAXTI

Xiyar

Boz çürümə (Botrytis cinerea), Unlu şeh (Sphaerotheca fuliginea)

1

Bitkilərin vegetasiya dövründə çiləmə (2-3 dəfə)

 

Üzüm

Oidium (Uncinula naecator), Boz çürümə (Botrytis cinerea), Antraknoz (Gloeosporium amphelophadum)

 

1.5

Bitkilərin pöhrələnmə dövründən əvvəl, çiçəklənməyə qədər və çiçəkləmədən sonra çiləmə

 

Alma, armud, nar, heyva, xurma və s.

Qonur pas (Puccinia recondita), Boz çürümə (Botrytis cinerea), Unlu şeh (Podosphaera leucotricha), Dəmgil (spp.), Moniliya (Monilia fructigena), Alternariya (Alternaria spp.s)

 

 

1.0-1.5

 

Bitkilərin çiçəklənməyə qədər və çiçəklənmədən sonra 0.1% suspenziya ilə çiləmə

Çiyələk

Mildium (Uncinula spp.)

2.5

Bitkilərin vegetasiya dövründə çiləmə

Şaftalı

Unlu şeh (Sphaerotheca ponnoza)

1.5-2.0

Bitkilərin vegetasiya dövründə çiləmə

Düyü

Prikulyarioz (Piricularia Oryzea)

2.5

Bitkilərin vegetasiya dövründə çiləmə

Bostan bitkiləri

Unlu şeh (Sphaerotheca flugined)

1.5-2.5

Bitkilərin vegetasiya dövründə çiləmə

Thiofil sistem təsirli fungisid olub, bitkilərin yaşıl hissələrindən və köklərindən mənimsənilərək spor əmələgətirmə mərhələsini dayandıraraq xəstəliyə yoluxmanın qarşısını alır. Thiofil, həmçinin profilaktiki və müalicəvi xüsusiyyətlərə malik bir fungisiddir.

    • Fungisid meyvə bitkilərinin (alma, armud, heyva, nar və s.) unlu şeh, dəmgil, moniliya yanığı, alternariyanı, üzümdə – oidium, boz çürümə antraknozu, pomidor və xiyarda – boz çürümə, unlu şehi, çiyələkdə – mildiumu, şaftalıda – Sphuerothecu Pannoza-dan mühafizə və müalicə edir.
    • Xəstəliyə yoluxma dərəcəsindən asılı olaraq bioloji səmərəlik 7–14 gündür.
    • Əksər fungisidlərlə və insektisidlərlə uyğunlaşır. Əvvəlcədən təyin olunmuş yerlərdə sınaqdan keçirilməsi məsləhət görülür.
    • Preparat öz qabında, quru və sərin, pestisidlərin saxlanılması üçün nəzərdə tutulan xüsusi yerdə saxlanılmalıdır!

+5° – +35°C temperaturda saxlanılır. Günəş şüalarından qoruyun! Uşaqlardan, qida məhsullarından, içkilərdən və heyvan qidalarından uzaq saxlayın.