Kənd təsərrüfatı Nazirliyi 2026-cı il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul elan edir
  • 11
  • 21 may 2026, cümə axşamı

Kənd təsərrüfatı Nazirliyi 2026-cı il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul elan edir

Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 14 may tarixli 320s nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatlarının 2026-cı il üçün doktorant hazırlığı üzrə qəbul planları”na əsasən Azərbaycan Dövlət Aqrar Universiteti və elmi tədqiqat institutlarına fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul elan edir.

Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən şəxslər portal.edu.az üzərindən “Şəxsi kabinet” vasitəsilə müraciət edə bilərlər. Sistem üzərindən müraciət üzrə cari və növbəti addımları izləmək də mümkündür. Müraciətlərinə müəssisə tərəfindən müsbət rəy verilən şəxslər xarici dil imtahanlarında iştirak edə biləcəklər.

Sənəd qəbulu prosesinə 19 may saat 11:00-dan etibarən başlanılıb. Sənəd qəbulu 9 iyun tarixində saat 18:00-da yekunlaşacaq. 

 

Mənbə: AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ