İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə üçüncü investisiya müsabiqəsi elan olunur
  • 10
  • 30 aprel 2026, cümə axşamı

İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə üçüncü investisiya müsabiqəsi elan olunur

İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə üçüncü investisiya müsabiqəsi üzrə müraciətlərin (ərizələrin) qəbuluna başlanılır.

Torpaqların müsabiqə ilə sahibkarlıq subyektlərinə icarəyə verilməsi Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 noyabr tarixli 236 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə investisiya müsabiqələrinin keçirilməsi Qaydaları”na əsasən həyata keçiriləcək.

Müsabiqədə iştirak üçün müraciət edən sahibkarlıq subyektləri tərəfindən aşağıdakılar nəzərə alınmalıdır:

 

 

Qeyd 1. Təqdim olunacaq investisiya layihələri (biznes-plan) minimum 20 hektar sahəni əhatə etməli (balıqçılıq və aqroturizm istisna) və Qaydalarda nəzərdə tutulan tələblərə cavab verməlidir (https://e-qanun.az/framework/58341)

Qeyd 2.  Təqdim olunacaq investisiya layihələri (biznes-plan) Qaydaların 4.10-cu bəndində təsbit edilən meyarlar üzrə qiymətləndirilir və ən yüksək nəticə əldə etmiş iştirakçı müsabiqənin qalibi hesab olunur.

Qeyd 3. Biznes planlara tələbləri əks etdirən nümunələrin (çərçivələrin) linki əlavə olunur:Link:

https://drive.google.com/drive/folders/1CT2fF6x2sS7SM8SgIvlqw9doLzazQ2j8?usp=sharing   

Qeyd 4. Qaydaların 4.17-ci bəndinə əsasən müsabiqənin qalibi protokolu və ya icarə müqaviləsini imzalamaqdan imtina etdikdə və ya Qaydaların müvafiq olaraq 4.12-ci və 4.16-cı bəndləri ilə müəyyən olunmuş müddətdə imzalamadıqda, növbəti investisiya müsabiqələrinə buraxılmır və bu zaman müsabiqənin nəticələrinin ləğvi barədə Komissiya tərəfindən protokol tərtib edilir.

Müsabiqədə iştirak etmək istəyən sahibkarlar EKTİS-də qeydiyyatdan keçməli, “Müraciətlərim” bölümündə “Müsabiqədə iştirak” seçməli, investisiya layihələri ilə yanaşı aşağıdakı sənədləri EKTİS-ə daxil edərək, müraciətini tamamlanmalıdır:

 

 

 

Adı/Name:                         Dövlət Xəzinədarlıq Agentliyi

Kod/Code:                         210005

VÖEN/İNT:                        1401555071 (Dövlət Xəzinədarlıq Agentliyi)

VÖEN/İNT:                        1700069791 (Kənd Təsərrüfatı Nazirliyi)

Müxbir hesab:                   AZ41NABZ01360100000000003944

SWİFT/ SWİFT:                 CTREAZ22

Hesab №/Account №        AZ94CTRE00000000000002188301 (Mərkəzi Aparat)

Büdcə səviyyəsi kodu:       7

Büdcə təsnifatı kodu:        142330

Mənbə: AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ